"Barselona"nın hücumçusu zədəsini sağaldıb
24.04.2026 - 11:01
“Barselona”nın hücumçusu Rafinya sağalma prosesini başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu gələn həftə məşqlərə qayıdacaq.
Xatırladaq ki, o, martın 26-da Braziliyanın Fransa ilə keçirdiyi yoldaşlıq oyununda (1:2) bud əzələsindən zədə almışdı.
Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində iştirak etdiyi 31 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0