“Barselona”nın sabiq prezidenti təzminat alacaq – 232 min avro
16.05.2025 - 19:24

İspaniya La Liqası təmsilçilərindən “Barselona” klubunun sabiq prezidenti Sandro Rozell mütəşəkkil cinayət və çirkli pulların yuyulmasında ittiham olunsa da, məhkəmə tərəfindən bəraət alıb.
Apasport.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Rozellə 2017-ci ilin mayından 2019-cu ilin fevralına qədər – ümumilikdə 645 gün müddətində həbsdə saxlanıldığı üçün 232 min 500 avro məbləğində təzminat ödəniləcək.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Qeyd edək ki, Sandro Rozell 2010–2014-cü illər ərzində “Barselona” klubunun prezidenti olub. Onun rəhbərliyi dövründə komanda 9 kubok qazanıb.
0
0