“Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
21.10.2025 - 18:46
“Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam

“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin gələcəyi ilə bağlı qərar verilib.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisi belçikalı mütəxəssislə müqavilənin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı çalışdırıcı ilə yeni, 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin yayında “Bavariya”nın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionu olub.