“Bavariya”nın futbolçusu PSJ yolunda
21.03.2026 - 14:47
“Bavariya”nın futbolçusu PSJ yolunda

PSJ bu yay “Bavariya”nın vingeri Maykl Oliseni heyətinə qatmağa çalışacaq.

Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Liqa 1 təmsilçisi bu transferi Osman Dembeleninin ayrılacağı təqdirdə reallaşdıracaq.

Fransa nəhəngi 24 yaşlı futbolçu üçün  120 milyon avrosundan keçməyə də hazır olacaq.

Qeyd edək ki, Olisenin “Bavariya” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.