“Bayer”in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Karles Martines Novelli komandanın başına gətirib.
42 yaşlı katalan mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Novell futbolçu karyerası olmayan məşqçilərdən hesab olunur. O, 16 yaşından etibarən məşqçi korpuslarında çalışıb və karyerası ərzində “Espanyol”, “Barselona” akademiyası, Qətər və Küveytin aşağı yaş qruplarında fəaliyyət göstərib.
İspaniyalı mütəxəssis 2022/2023 mövsümündə “Tuluza”nın məşqçilər korpusunda yer alıb və Fransa Kubokunun qazanılmasında iştirak edib. Bu, onun karyerasındakı yeganə tituludur.
“Bayer” ötən mövsümü Erik ten Haq, Kasper Hyulmandla keçirib və Bundesliqada 59 xal toplayaraq 6-cı yeri tutub.
Komanda növbəti mövsüm Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaq.
- Vardi İspaniyaya gedir – La Liqanın yeni klubu israrlıdır
- “Qalatasaray”da ayrılıq siqnalı – Şalai "gözdən çıxarıldı"
- “Beşiktaş”dan Pavlidis həmləsi – “Benfika”nın bombardiri siyahıda
- Hakan Safi Merih Demiralı açıqladı, “Əl-Əhli”dən dərhal cavab gəldi
- "Liverpul"da yeni baş məşqçi: İraola dövrü rəsmən başladı