"Bayer"in forvardı "Milan"ın hədəfində
08.07.2025 - 11:34

"Bayer"in futbolçusu Viktor Bonifeys karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Milan" nigeriyalı hücumçu ilə yaxından maraqlanır.
İddialara görə, hücum xəttini gücləndirmək istəyən "rossoneri" 24 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır.
Bundesliqa təmsilçisi oyunçunu transfer etmək istəyən klublardan 50 milyon avro tələb edir.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Bonifeys ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 27 rəsmi oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0