Bellingem “Dortmund”da - RƏSMİ
10.06.2025 - 17:19
Bellingem “Dortmund”da - RƏSMİ

Almaniya Bundesliqası təmsilçilərindən "Borussiya Dortmund" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Sanderlend"dən Cob Bellingemi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundesliqa təmsilçisi 19 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 30,5 milyon avro təzminat ödəyəcək.

Futbolçu ilə 2030-cu ilə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Cob bu mövsüm "Sanderlend"in heyətində iştirat etdiyi 43 rəsmi matçda 4 qol, 3 assistlə yadda qalıb.