"Beşiktaş" - "Fənərbaxça" derbisinin hakimi müəyyənləşib
30.10.2025 - 16:32
"Beşiktaş" - "Fənərbaxça" derbisinin hakimi müəyyənləşib

Türkiyə Super Liqasında 11-ci həftənin oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb. 

"Qalatasaray" - "Trabzonspor" matçını Cihan Aydın, "Beşiktaş" - "Fənərbaxça" derbisini isə Ali Yılmaz idarə edəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" qarşılaşması noyabrın 1-i, "Beşiktaş" - "Fənərbaxça" derbisi isə noyabrın 2-si keçiriləcək.