Baş məşqçi Domeniko Tedeskonun qərarı ilə "Fənərbaxça"nın əsas komandasında uzaqlaşdırılan İrfan Can Kahveci İstanbulda klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Beşiktaş" 30 yaşlı vingeri transfer etmək istəyir.
"Qartallar" İrfan Canın klubundakı durumunu yaxından izləyir. "Beşiktaş" fürstədən istifadə edərək yanvar ayında Türkiyə millisinin üzvü üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən 7 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda