"Beşiktaş" heç-heçə etdi, Trabzon xalsız qaldı
27.04.2026 - 23:14
"Beşiktaş" heç-heçə etdi, Trabzon xalsız qaldı

Türkiyə Super Liqasında XXXI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

"Samsunspor" Alanya səfərindən 3 xalla qayıdıb: 3:2.

"Beşiktaş" - "Karagümrük" matçından qol səsi çıxmayıb: 0:0.

Günün maraqla gözlənilən oyununda "Trabzonspor" Konya səfərindən əliboş qayıdıb: 1:2

Qələbə qazanacağı təqdirdə "Fənərbaxça"nı qabaqlayaraq 2-ci pilləyə yüksələcək Qara dəniz təmsilçisi 65 xalda qalıb və bu fürsətdən yararlana bilməyib.

Turnir cədvəlinə 74 xalla "Qalatasaray" başçılıq edir.

"Fənərbaxça" 67 xalla ikinci pillədədir.