"Beşiktaş" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Bayer"də çıxış edən Alexandro Qrimaldodur.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "qara qartallar" ispaniyalı sol cinah müdafiəçisi ilə şəxsi razılaşma əldə edib. Almaniya klubu 30 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir. Super Liqa klubu bu məbləği minimuma endirmək üçün danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, Alexandro Qrimaldo 2023-cü ilin yayından "Beyer"də çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
- Xorvatiyanın baş məşqçisi Ronaldonu fərqləndirdi - “Hər an qol vura bilər”
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi