“Beşiktaş” istəmədi - İNGİLTƏRƏDƏ QALACAQ
19.07.2025 - 10:55
“Beşiktaş” istəmədi - İNGİLTƏRƏDƏ QALACAQ

“Beşiktaş”a transferi baş tutmayan Kayl Uolker-Petersin yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu karyerasını vətənində davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Uolker-Peters “Vest Hem”lə razılığa gəlib. 28 yaşlı sağ cinah müdafiəçisi London klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kayl Uolker-Petersin son klubu “Sauthempton” olub.