"Beşiktaş" mövsümə iddialı başlayır: Qarnaço planı
07.06.2026 - 09:57
Alexandro Qarnaço karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Beşiktaş" argentinalı futbolçunu transfer etmək variantını nəzərdən keçirir.
İnsayder Serkan Morovanın məlumatına görə, "Çelsi"nin vingeri İstanbul klubunun geniş transfer siyahısında yer alıb.
"Beşiktaş" rəhbərliyi 21 yaşlı futbolçunun durumunu izləyən klublar arasındadır.
Alexandro Qarnaço 2025/26 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
Xatırladaq ki, "ağ-qaralar" ötən gün Vinçenso İtalianonu rəsmən baş məşqçi postuna gətirib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0