"Beşiktaş" "Kayserispor"la matça ciddi itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, komanda Türkiyə Super Liqasının I turunun "Kayserispor"la təxirə salınmış oyununda 10 futbolçunun xidmətindən yararlana bilməyəcək.
İstanbul təmsilçisi ilk turdan sonra həyata keçirdiyi transferləri matçın iştirak ərizəsinə daxil etməyəcək.
Nəticədə Vatslav Çorni, Gökhan Sazdağı, Cengiz Ünder, Tiaqo Calo, Rıdval Yılmaz, El Bilal Ture, Jota Silva və Taylan Bulut görüşü buraxacaq. Daha iki oyunçu - Salih Uçanla Mustafa Hekimoğlu isə zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" qarşılaşması sabah keçiriləcək.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu