"Beşiktaş"da ayrılıq - RƏSMİ
18.07.2025 - 14:53
"Beşiktaş"da ayrılıq - RƏSMİ

Türkiyə Super Liqası təmsilçisi “Beşiktaş”da növbəti ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, klubun İdarə Heyətinin sədri Tevfik Yamantürk vəzifəsindən istefa verib.

Bu barədə Yamantürk şəxsi açıqlama yayıb. O, 8 illik fəaliyyətdən sonra postunu könüllü olaraq tərk etdiyini bildirib.

Qeyd edək ki, Tevfik Yamantürk 2017-ci ildən etibarən Beşiktaş İdarə Heyətinə rəhbərlik edirdi.