“Beşiktaş” yeni baş məşqçi axtarışında ciddi çətinliklə üzləşib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin indiyədək danışıqlar apardığı mütəxəssislərlə görüşləri müsbət nəticələnməyib.
İddiaya görə, “qara qartallar”ın siyahısında yer alan əcnəbi məşqçilər klubdan 10 milyon avrodan artıq maaş tələb edirlər. Rəhbərlik isə bu məbləği qəbul etmir.
Bundan başqa, bəzi mütəxəssislər “Beşiktaş”ın son 4 ildəki baş məşqçi dəyişikliklərini əsas gətirərək təklifi birbaşa geri çeviriblər. Bir qrup məşqçi isə klubdan müəyyən müddətlik iş zəmanəti istəyib. Lakin rəhbərlik bu şərti də qəbul etməyə hazır deyil.
Hazırda “Beşiktaş”ın razılaşma mərhələsinə gəldiyi konkret baş məşqçi namizədi yoxdur. Həmçinin azarkeşlərdə böyük həyəcan yaradacaq, “dünyaca məşhur” səviyyədə bir mütəxəssislə də real anlaşma görünmür.
Qeyd edək ki, “Beşiktaş” ötən günlərdə baş məşqçi Sərgən Yalçınla yollarını ayırıb.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi