"Beşiktaş"ın futbolçusu Kolumbiya klubunda
15.01.2026 - 12:33
"Beşiktaş" futbolçusu Elan Rikardonu icarəyə verib.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi kolumbiyalı yarımmüdafiəçini ölkəsinə göndərib.
Rikardo "Deportes Tolima"ya icarəyə verilib. 21 yaşlı oyunçu mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Elan Rikardo mövsümün ilk yarısında icarə əsasında "Atletiko Paranaense"də çıxış edib.
0
0