"Beşiktaş"ın futbolçusu millinin heyətində zədələnib
16.11.2026 - 14:49
"Beşiktaş"ın futbolçusu millinin heyətində zədələnib

Fil Dişi Sahili millisinin müdafiəçisi Emmanuel Aqbadu zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

“Beşiktaş”da çıxış edən 28 yaşlı futbolçu bud və diz nahiyəsində hiss etdiyi narahatlıq səbəbindən milli komandanın heyətindən çıxarılıb.

Aqbadunun İstanbula qayıdaraq klubunda müalicə alacağı bildirilib. Futbolçunun zədəsinin ağırlıq dərəcəsi və yaşıl meydanlardan nə qədər uzaq qalacağı ilə bağlı əlavə məlumat verilməyib.