“Beşiktaş”lı futbolçunun gələcəyinə aydınlıq gəlib
08.05.2025 - 17:32

Hazırda karyerasını icarə əsasında Portuqaliyanın "Rio Ave" klubunda davam etdirən "Beşiktaş"ın futbolçusu Demir Ege Tıknazın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu "qara qartallar"dan ayrılacaq.
Bu barədə İstanbul təmsilçisinin Prezidenti Serdal Adalı çıxışında bildirib.
Onun sözlərinə görə, "Rio Ave" oyunçunun müqaviləsində yer alan 5 milyonluq satınalma bəndini mövsümün sonunda aktivləşdirəcək.
Qeyd edək ki, 20 yaşlı türkiyəli yarımmüdafiəçi bu mövsüm komandası ilə birgə çıxış etdiyi 31 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0