“Betis” rekordunu yeniləyib
23.12.2025 - 12:58
“Betis” 2025-ci ilin son oyununda azarkeşlərini sevindirib. Manuel Pelleqrininin rəhbərlik etdiyi komanda La Liqada doğma meydanda “Xetafe”ni 4:0 hesabı ilə darmadağın edib.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, “Betis” 2025-ci ildə bir təqvim ili ərzində ən çox qələbə qazandığı rekorduna çatıb.
“Ağ-yaşıllar” bütün turnirlərdə ümumilikdə 29 qələbə əldə edib. Bu göstərici klub tarixində rekorddur və ilk dəfə 2021-ci ildə qeydə alınıb. Həmin vaxt da komandanın baş məşqçisi Pelleqrini idi.
Hazırda “Betis” İspaniya çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
1
0