Bir hekayənin sonu: NEYMAR KARYERASINI BİTİRİR?
09.02.2026 - 23:46
"Santos"un futbolçusu Neymar karyerasını bitirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, braziliyalı artıq futbol həyatını sonlandırmağı planlaşdırır.
O, Braziliya millisi ilə yayda keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır. Bu reallaşmasa, vinger karyerasını davam etdirməyəcək.
2023-cü ildəın milli komandaya çağırılmayan Neymar yeni baş məşqçi Karlo Ançelottinin onu heyətə daxil edəcəyini düşünür.
"Barselona", PSJ və "Əl-Hilal"ın şərəfini qorumuş futbolçu yığmanın heyətində 128 oyunda 79 qol vurub. Bu rəqəm Braziliya tarixinin rekordudur.
0
0