Bojoviç növbəti dəfə istefaya göndərildi
30.04.2025 - 14:35

"Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç növbəti dəfə istefaya göndərilib.
Apasport.az xəbər verir ki, "İstiqlal" mütəxəssislə yollarını ayırıb.
Bu barədə İran klubunun mətbuat xidməti məlumat yayıb.
Monteneqrolu çalışdırıcı fevral ayında təyin olunduğu postda cəmi 2 ay qala bilib.
Qeyd edək ki, Bojoviç 2023/24 mövsümünün ikinci yarısında "Neftçi"ni çalışdırıb.
0
0