“Bolonya”nın futbolçusu İngiltərə klublarının radarında
17.05.2026 - 13:48
"Bolonya"nın futbolçusu Conatan Rou ölkəsinə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" ingiltərəli vingeri transfer etmək istəyir.
Bu barədə "TEAMtalk" məlumat yayıb.
İtaliya klubu Rou üçün 45 milyon avro təzminat tələb edir. Bundan aşağı təkliflər dəyərləndirilməyəcək.
Qeyd edək ki, "Bolonya" Conatan Rounu 2025-ci ilin yayında "Marsel"dən 17 milyon avroya ttransfer edib. 23 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0