“Bolonya”nın prezidenti Tedesko haqda: “Onun üçün sərvət ödəməyə hazır idik”
31.05.2026 - 10:53
“Bolonya” klubunun prezidenti Coey Saputo yerli mətbuata bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, o, komandanın baş məşqçi vəzifəsinə gətiriləcək Domeniko Tedesko haqqında danışıb:
“Tedeskonu pulsuz transfer etdiyimizə hələ də inana bilmirəm. O, “Fənərbaxça”nın baş məşqçisi olduğu vaxt onunla əlaqə saxlamaq üçün əlimizdən gələni etmişdik. Amma o, "Bunu şəxsi qəbul etməyin, lakin mən “Fənərbaxça”daykən başqa komanda ilə danışmağım düzgün olmaz" deyərək bütün təkliflərimizi rədd etmişdi. Biz onun üçün “Fənərbaxça”ya sərvət ödəməyə hazır idik".
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0