"Bornmut"dan Ximenes qərarı - RƏSMİ
09.02.2026 - 10:54
"Bornmut"dan Ximenes qərarı - RƏSMİ

"Bornmut" Aleks Ximeneslə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub onun transferini həll edib.

Müqavilədə nəzərdə tutulan satınalma bəndi qüvvəyə minib. İngiltərə təmsilçisi transfer üçün 19,5 milyon avro ödəniş edəcək. Həmçinin 5,3 milyon avro əlavə bonuslar veriləcək. Müdafiəçi ilə beş il yarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, həmin transferdən "Real"da pay alacaq. Buna səbəb "kral klubu"nun futbolçunun hüquqlarının bir hissəsinə malik olmasıdır.