“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya” “Sanderlend”ə 19 yaşlı futbolçu üçün sabit 33 milyon avro ödəyəcək.
İngiltərə klubu bundan başqa, daha 5 milyon avro bonus ala bilər. İngilislər Bellingemin növbəti transferinin 15 faizini də alacaq. Bu satışın “Sanderlend” üçün rekord olacağı vurğulanır.
“Real”da çıxış edən Çud Bellingemin qardaşı olan ingiltərəli futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 43 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza