"Brayton"dan "Milan"a
24.07.2025 - 16:31
"Brayton"dan "Milan"a

“Milan” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Brayton”dan Pervis Estupinan ilə anlaşıb.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Pervis bu həftə “Milan”la 5 illik müqavilə imzalayacaq.

Sol cinah oyunçusu “Brayton”da ümumilikdə 104 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.