Braziliya millisinin üzvü A Seriyasında çıxış edəcək
23.06.2026 - 19:38
"Kruzeyro"nun müdafiəçisi Kayki karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Komo" braziliyalı futbolçunun keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. "Komo" 23 yaşlı sol cinah müdafiəçisinin klubunu 12+2 milyon avro ödəyəcək. Transferin qarşıdakı günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, Kayki "Kruzeyro"nun yetirməsidir. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0