Braziliyalı hücumçu Premyer Liqa klubunda - RƏSMİ
27.01.2026 - 18:52
Braziliyalı hücumçu Premyer Liqa klubunda - RƏSMİ

"Bornmut" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vasko da Qama"dan Rayanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bornmut" braziliyalı forvard üçün qarşı tərəfə 28,5 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rayan "Vasko da Qama"nın yetirməsidir.