Braziliyalı mövsümün sonunda “Yunayted”i tərk edəcək - RƏSMİ
22.01.2026 - 21:43
Braziliyalı mövsümün sonunda “Yunayted”i tərk edəcək - RƏSMİ

“Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Kasemiro gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandadan ayrılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı dayaq yarımmüdafiəçi “qırmızı şeytanlar”la yeni müqavilə imzalamayacaq və yayda azad agent statusunda olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” Braziliya millisinin üzvünü 2022-ci ilin iyul ayında “Real”dan 70 milyon avroya transfer edib.