Sabiq futbol ulduzu Devid Bekhem rəsmi olaraq Birləşmiş Krallığın ilk milyarder idmançısı olub.
Apasport.az xəbər verir ki, bu, onun və həyat yoldaşı Ledi Viktoriyanın son bir ildə sərvətlərini ikiqat artırmasından sonra baş verib.
"Sunday Times" qəzetinin "Rix List"inə görə, məşhur cütlüyün ümumi sərvəti 1,505 milyard dollardır.
Bu, onların 2025-ci il siyahısındakı 635 milyon dollarlıq sərvətindən təxminən 2,5 qat artıqdır.
Ailənin maliyyə yüksəlişi Bekhemlərin ABŞ-a uğurlu investisiyaları, xüsusən də Lionel Messinin "İnter Mayami" ilə müqavilə imzalaması ilə əlaqələndirilir.
Qeyd edək ki, Devid futbolçu karyerası ərzində "Mançester Yunayted", "Real", "Milan" və PSJ-nin heyətində çıxış edib.
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç