“Sanderlend”in hücumçusu Brayan Brobbi İngiltərə Premyer Liqasında tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu çempionatın V turunda “Mançester Siti” ilə səfər matçında het-trik edib.
Buna baxmayaraq, “Sanderlend” görüşdən 3:5 hesablı məğlubiyyətlə ayrılıb.
Brobbi Premyer Liqada 2007-ci ilin dekabrından bəri komandasının məğlub olduğu matçda het-trik edən ilk futbolçu olub. Sonuncu dəfə belə göstəriciyə “Blekbörn”ün hücumçusu Roke Santa Kruz nail olmuşdu. O, “Uiqan”la səfər qarşılaşmasında üç qol vursa da, komandası 3:5 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Brobbi Premyer Liqa tarixində komandasının məğlub olduğu oyunda het-trik edən beşinci futbolçudur.