Bundesliqadan İtaliya çempionatına
16.01.2026 - 15:56
Bundesliqadan İtaliya çempionatına

Almaniya Bundesliqasında çıxış edən futbolçu "Milan"ın növbəti transfer hədəfinə çevrilib. 

Apasport.az xəbər verir ki, söhbət "Union Berlin"in portuqaliyalı müdafiəçisi Diogo Leitedən gedir.

Məlumata görə, futbolçunun agentləri artıq bir sıra İtaliya klubları ilə əlaqə saxlayaraq onun xidmətlərini təklif ediblər. Futbolçu ilə maraqlanan komandalar arasında “Milan”la yanaşı "Roma", "Yuventus" və "Fiorentina" da yer alır.

Bildirilir ki, Diogo Leytenin Berlin klubu ilə müqaviləsi bu yay başa çatacaq. Bu amil onun mümkün transferini daha real edir.