“Bursaspor” “Şaxtyor”la heç-heçə etdi – Arda Turana böyük maraq
26.07.2026 - 23:44
Türkiyənin “Bursaspor” klubu yoxlama matçında Ukrayna təmsilçisi “Şaxtyor”la qarşılaşıb.
Apasport.az xəbər verir ki, Bursada keçirilən görüşdə hesab açılmayıb – 0:0.
Matçdan əvvəl Bursa azarkeşləri “Şaxtyor”un baş məşqçisi Arda Turana böyük sevgi və maraq göstəriblər. Türkiyəli mütəxəssis tribunalar tərəfindən alqışlarla qarşılanıb.
Qarşılaşmaya azarkeş marağı da yüksək olub. “Bursaspor”la “Şaxtyor” arasındakı oyunu “Timsah Arena”da 36 min 740 biletli tamaşaçı izləyib.
Qeyd edək ki, Arda Turan Donetsk təmsilçisi ilə ötən mövsüm Ukrayna çempionu olub.
0
0