“Çelsi” braziliyalı forvardla maraqlanır
23.05.2025 - 19:54
“Çelsi” braziliyalı forvardla maraqlanır

İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Brayton"da çıxış edən hücumçu Joao Pedro ilə yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, "zadəganlar" 23 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Artıq klublar arasında ilkin danışıqlar baş tutub.

Xatırladaq ki, "Brayton" Pedronu 2023-cü ildə "Uotford"dan 34,2 milyon avroya transfer etmişdi.

Braziliyalı forvard bu mövsüm komandasının heyətində iştirak etdiyi 30 rəsmi matçda 10 qol, 7 assistlə yadda qalıb.