"Çelsi" fransalı forvardla maraqlanır
27.05.2025 - 17:58
"Çelsi" fransalı forvardla maraqlanır

Almaniya Bundesliqası komandalarından “Ayntraxt”ın forvardı Huqo Ekitike karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, hücumçu ilə “Çelsi” yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Almaniya təmsilçisi oyunçu üçün “zadəganlar”dan 100 milyon avro tələb edir.

Xatırladaq ki, “Ayntraxt” 22 yaşlı oyunçunu ötən il PSJ-dən 16,5 milyon avroya transfer edilmişdi.

Fransa millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 48 rəsmi matçda 22 qol, 12 assistlə yadda qalıb.