"Çelsi" imtina etdi, Sanço "Mançester"ə qayıdır
12.06.2025 - 09:02
"Çelsi"də icarə müddəti başa çatan Ceydon Sanço "Mançester Yunayted"ə qayıdır.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Sanço komandaya 31 avqust 2024-cü ildə qoşulmuşdu və ötən mövsüm klubun heyətində ümumilikdə 41 oyun keçirib.
"Çelsi"dəki çıxışı zamanı vinger 5 qol vurub, sonuncu qolu isə Konfrans Liqasının finalında "Betis"ə qarşı oyunda (4:1) qeydə alınıb.
"Zadəganlar" ötən mövsüm icarə əsasında oynayan futbolçunun təxmini 25 milyon funt-sterlinq dəyərində olan məcburi satınalma şərtini qəbul etmədiyinə görə 5 milyon funt cərimə ödəyib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0