“Çelsi”dən “Everton”a
03.02.2026 - 20:48
“Çelsi”dən “Everton”a

"Çelsi"nin futbolçusu Tayrik Corc Premyer Liqada klubunu dəyişib.

Apasport.az xəbər  verir ki, "Everton" ingiltərəli vingeri icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı oyunçu mövsümün sonuna qədər "Everton"un formasını geyinəcək.

Qeyd edək ki, Tayrik Corc "Everton"un yetirməsidir. O, bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.