“Çelsi” hücum xəttini Viktor Osimhenlə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London klubu “Qalatasaray”ın nigeriyalı hücumçusu üçün böyük məbləği gözdən çıxarıb.
“Sözcü”nün məlumatına görə, Premyer Liqa təmsilçisi 27 yaşlı forvardın transferi üçün 130 milyon avro ödəməyə hazırdır. “Çelsi”nin yaxın günlərdə İstanbul klubu ilə danışıqlara başlaması gözlənilir.
Osimhenin “Qalatasaray”la müqaviləsi 2029-cu ilin yayına qədərdir. Bu səbəbdən “sarı-qırmızılılar”ın ulduz futbolçunu yalnız yüksək məbləğ qarşılığında buraxacağı bildirilir.
Qeyd edək ki, Viktor Osimhen 2025/2026 mövsümündə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"