“Çelsi”nin daha bir üzvü “Arsenal” yolunda
06.07.2025 - 12:58
“Arsenal” hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London klubu “Çelsi”nin vingeri Noni Maduekeni transfer etmək niyyətindədir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “topçular” artıq ingiltərəli futbolçu ilə razılıq əldə ediblər. Hazırda iki klub arasında danışıqlar davam edir.
Xatırladaq ki, “Arsenal” bir müddət əvvəl “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqanı da heyətinə qatmışdı.
Qeyd edək ki, 23 yaşlı hücumçu ötən mövsüm komandasında 41 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
0
0