“Çelsi”nin futbolçusu millinin düşərgəsində zədələnib
11.10.2025 - 23:29

"Çelsi" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "zadəganlar"ın aparıcı üzvlərindən Enzo Fernandez zədələnib.
Argentinalı yarımmüdafiəçi milli komandasının toplanışında sıradan çıxıb.
24 yaşlı oyunçu müalicə olunmaq üçün London təmsilçisinin düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Enzo cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0