"Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq
26.09.2025 - 15:16

“Çelsi”nin gənc ulduzu Kol Palmer zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Enzo Mareska jurnalistlərə açıqlama verib.
İtaliyalı mütəxəssisin sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Kol Palmer bu mövsüm “zadəganlar”ın heyətində 10 rəsmi oyuna çıxıb və 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0