Çerki İngiltərə yolunda
27.05.2025 - 19:38
Çerki İngiltərə yolunda

Fransa Liqa 1 təmsilçilərindən "Lion"un üzvü Rayan Çerki karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Siti" futbolçu ilə yaxından maraqlanır.

Bu barədə "Teleqraf" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "şəhərlilər" futbolçu üçün 25 milyon avro təklif göndərməyi planlaşdırır.

Qeyd ki, 21 yaşlı vinger "Lion"un yetirməsidir.

Fransa millisinin üzvü bu mövsüm komandasının heyətində çıxış etdiyi 44 rəsmi matçda 12 qol, 20 assistlə yadda qalıb.