İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "Lion"un ulduz futbolçusu Rayan Çerkini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Siti" 22 yaşlı vinger üçün qarşı tərəfə 36,5 milyon avro ödəniş edib. “Lion” futbolçunun gələcək transferindən 15 faiz pay əldə edəcək.
Çerki yeni klubu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Fransa millisinin üzvü başa çatan mövsüm komandasının heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol, 20 assistlə yadda qalıb.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza