ÇL: Tarixin ən gənc futbolçusu oldu
05.11.2025 - 09:35
“Arsenal”ın vingeri Maks Douman Çempionlar Liqasının tarixində ən gənc futbolçu olub.
Apasport.az xəbər verir ki, ingiltərəli oyunçu turnirin ümumi mərhələsinin 4-cü turunda “Slaviya” ilə oyunda meydana çıxıb. O, 15 yaş 308 günlük olarkən 72-ci dəqiqədə Leandro Trossardı əvəzləyib.
Douman Yuşufa Mukokonu geridə qoyub. Almaniyalı futbolçu Çempionlar Liqasında 16 yaş 18 günlük olarkən debüt etmişdi. Lamine Yamal isə bu turnirdə ilk oyununu 18 yaş 68 günlük olanda keçirmişdi.
- “Real”ın yetirməsi A Seriyası klubunda - RƏSMİ
- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
0
0