Conatan Ta “Bavariya” yolunda
28.05.2025 - 20:19
Conatan Ta “Bavariya” yolunda

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub "Bayer"in üzvü Conatan Ta ilə razılaşıb. 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Tərəflər yaxın müddətdə müqavilə imzalayacaqlar. Sözləşmə 2029-ci ilin yayına qədər nəzərdə tutulub.

29 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra komandaya qoşulacaq.