Daha bir futbolçu DÇ-ni buraxacaq - ZƏDƏYƏ GÖRƏ
30.05.2026 - 21:54
"Bolonya"nın sağ cinah müdafiəçisi Emil Holm dünya çempionatında İsveç millisinə kömək edə bilməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu zədə aldığı üçün millinin heyətindən çıxarılıb. Onun əvəzinə yığmaya "Dallas"ın müdafiəçisi Herman Yohansson daxil edilib.
Qeyd edək ki, İsveç millisi DÇ-2026-da F qrupunda Niderland, Yaponiya və Tunis komandaları ilə qarşılaşacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0