2026-cı il dünya çempionatı Türkiyə millisi üçün təkcə meydanda yox, səfər baxımından da çətin keçəcək.
Apasport.az xəbər verir ki, mundial 3 ölkə və 4 fərqli saat qurşağını əhatə edən 16 şəhərdə təşkil olunacaq.
Türkiyə millisi qrup mərhələsindəki 3 oyununu 2 fərqli ölkədə, 3 ayrı şəhərdə keçirəcək.
“Ay-ulduzlular” ABŞ və Kanadada baş tutacaq qrup matçlarının sonuna qədər təxminən 28 saat uçuş edəcək. Komandanın bu müddətdə ən azı 20 min kilometr yol qət edəcəyi bildirilir.
Milli komanda pley-off mərhələsinə yüksələcəyi halda isə bu məsafə daha da artacaq. Türkiyənin üst turlardakı mümkün oyunlarla birlikdə ümumilikdə 40 min kilometrə yaxın yol qət etməsi gözlənilir.
Bu isə demək olar ki, dünya ətrafında bir tam dövrəyə bərabər məsafədir.
Qeyd edək ki, Türkiyə 2026-cı il dünya çempionatının D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.
- “Özünü Kenandan daha dəyərli görürsən?” – “Yuventus”dan Vlahoviçə sərt cavab
- DÇ-də istilər də rəqib olacaq – Norveç millisi ilk siqnalı verdi
- İran millisi DÇ üçün ABŞ vizasına müraciət etdi
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”