De Bruyne addım-addım "Napoli"yə
31.05.2025 - 17:52
"Mançester Siti"dən ayrılmaq qərarı alan Kevin de Bruynenin "Napoli"yə keçidi son mərhələdədir.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçinin iyun ayının əvvəlində Neapol təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
De Brüynenin "Mançester Siti" ilə müqaviləsi iyunun 30-a qədərdir. O, bundan sonra azad agent olacaq.
Bu mövsüm De Brüyne 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0