Paulo Dibala “Roma”da qalmağa qərar verib.
Apasport.az xəbər verir ki, hücumçu paytaxt təmsilçisi ilə müqaviləsini iki il müddətinə uzadacaq.
32 yaşlı argentinalı futbolçu illik 8 milyonluq qazancından imtina edərək, bonuslarla birlikdə 2,5 milyon avro almağa razılıq verib.
“Roma”nın Çempionlar Liqasına vəsiqə qazanması və Can Pyero Qasperininin israrlı mövqeyi bu qərarın verilməsində həlledici amilə çevrilib.
Türkiyədən daxil olan təklifləri geri çevirən ulduz, hazırkı anlaşması başa çatdıqdan sonra vətəninə qayıtmağı planlaşdırır.
Xatırladaq ki, təcrübəli oyunçu cari mövsümdə A Seriyasında 22 matçda meydana çıxıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"